Dünya

Ukraynalı deputat maska taxılmasına belə etiraz etdi - FOTO

19 May 2020 20:39
0 Şərh     Baxış: 1 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Ali Radasının millət vəkili Yelizaveta Boqutskaya iclasa əldə toxunulmuş tor maskada qatılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, deputat iclasdan fotosunu sosial şəbəkədə paylaşıb. Bununla o, karantin rejiminə və maska taxılmasına etirazını bildirib.

"Bu, torba deyil. Hər hansı seksual atribut da deyil. Bu, maska demarşının bir elementidir. Maska axmaqlığına qarşı etirazdır", - deyə Boqutskaya yazıb.

Qeyd edək ki, Ukraynada koronavirusdan 548 nəfər ölüb, 19 minədək insan isə xəstəliyə yoluxub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.