Dünya

"Tesla" Texasda yeni zavod tikmək niyyətindədir

16 May 2020 08:03
0 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tesla" şirkəti ABŞ-ın Texas ştatında yerləşən Ostin şəhəri yaxınlığında yeni zavod tikməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Electrek" internet nəşri xəbər yayıb.

Bildirilir ki, yeni tikiləcək zavodda elektrik mühərrikli "Cybertruck" pikapları və "Model Y" krossoverləri istehsal ediləcək. Şirkətinin rəhbəri Elon Mask zavodun qısa müddət ərzində tikiləcəyini düşünür. "Model Y"nin istehsalının bu ilin sonuna kimi, "Cybertruck"ın istehsalının isə gələn ilin sonuna qədər başlanması gözlənilir.

E.Mask artıq Nevadadakı "Tesla" zavodunda yeni müəssisənin layihəsi üzərində işə başlanaması barədə göstəriş verib. Bu layihəyə dair planların hələ də dəyişə biləcəyi barədə bildirilir.

Daha əvvəl E.Mask "Tesla" istehsal müəssisələrini Kaliforniya ştatından Texas və ya Nevada kimi digər ştatlara köçürə biləcəyini söylədyib. Sahibkar dəfələrlə yeni koronavirusun yayılması səbəbiylə Kaliforniyada tətbiq olunan sanitar tədbirlərin həddən artıq sərt olduğunu və "Tesla"nın işini tam şəkildə davam etdirməsinə imkan vermədiyini deyib.

Texas səlahiyyətliləri isə artıq ştatda sanitar məhdudiyyətləri qaldırmağa başlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.