“Avropa İtaliyadan üzr istəyir”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bütün Avropa İtaliyadan üzr istəyir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamentinin bu gün keçirilən sessiyasında çıxışı zamanı deyib.
"Bəli, heç kim bu böhrana, həqiqətən, hazır deyildi. Doğrudur ki, bu pandemiya başlayan zaman İtaliyanın köməyə ehtiyacı olduğu anda çoxları orada yox idi. Bəli, bunun üçün də bütövlükdə Avropanın İtaliyadan ürəkdən üzr istəməsi haqlı hərəkətdir və Avropa bunu edir. Ancaq üzr yalnız davranışınızı dəyişdirdiyiniz təqdirdə qəbul olunur. Bu həqiqətdir ki, bir-birimizi qorumağın lazım olduğunu başa düşmək uzun müddət çəkdi. Ancaq indi Avropa dünyada həmrəyliyin döyünən qəlbinə çevrilib. Əsl Avropa ayağa qalxıb. Polşa və Rumıniyadan gələn həkimlər İtaliyada həyatları xilas edir.
Almaniyadan göndərilən süni tənəffüs aparatları İspaniyada insanları xilas edir. Çexiyadakı xəstəxanalar Fransadan gələn xəstələri müalicə edir. Berqamodan olan xəstələr Bonndakı klinikalara aparılır. Litvadan İspaniyaya, Danimarkadan İtaliyaya süni tənəffüs aparatları, tibbi ləvazimatlar göndərilir. Əslində, bütün avadanlıqların Avropanın hər nöqtəsində ehtiyac duyulan yerlərə göndərildiyini görürük. Bütün bunlara görə avropalı olmaqdan qürur hissi keçirirəm", - Ursula von der Leyen vurğulayıb.
Avropa Komissiyasının Prezidenti bildirib ki, Avropa İttifaqının növbəti yeddi illik büdcəsi daha əvvəl təsəvvür edildiyindən fərqli olacaq.
"Dövlət və özəl sərmayə sahələrini yenidən bərpa etmək üçün Avropa İttifaqının büdcəsinin gücündən istifadə edəcəyik", - Avropa Komissiyasının Prezidenti qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)





