Dünya

Koronavirusla bağlı təhlükəli tövsiyələr

3 Aprel 2020 20:04
2 Şərh     Baxış: 2 057
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusdan qorunmaq üçün sosial şəbəkələrdə verilən tövsiyələr təhlükəli ola bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Rusiya paytaxtında yerləşən Vinoqradova adına şəhər kliniki xəstəxanasının baş həkimi Mariya Blinova "Rossiyskaya qazeta"ya müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, kağız dəsmallardan müdafiə maskası düzəltməyi öyrədən videoçarxlara etimad etmək lazım deyil. O bildirib ki, koronavirus infeksiyasına yoluxmaqdan ancaq respirator kömək edə bilər, tibbi maska isə ətrafdakıları yoluxdurmamaq üçün maneə rolunu oynayır.

Bundan əlavə, maskaların propolisin spirtli cövhəri ilə işlənməsi mənasızdır, çünki tənəffüs yollarının yoluxmasının qarşısını almır.

Həkim insanlara "immuniteti yüksəltmək məqsədilə" heç bir halda hidrogen peroksid içməməyi tövsiyə edib, çünki bu maddə orqanizmə ciddi zərər verə bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.