Türkiyədə kredit ödənişləri təxirə salındı, aztəminatlılara pul veriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tədbirlər və iqtisadi dəstək paketləri ilə vətəndaşlarımızı yaranmış böhranın nəticələrindən qorumağa davam edəcəyik.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan koronovirusla əlaqədar yaradılmış islahatlar paketi ilə bağlı açıqlamasında deyib. İlk gündən bütün imkanlarla vətəndaşın yanında olduqlarını vurğulayan Prezident qeyd edib ki, sosial həyat, sənaye, səhiyyə, ticarət, bank, maliyyə sektorları ilə bağlı qabaqlayıcı tədbirlər planlaşdırılıb. Prezident sözügedən paketlər haqqında ətraflı məlumat verib.
Aşağı gəlirli ailələr üçün 1000 lirəlik dəstək
Sosial paketdə 2 milyon aztəminatlı ailələr üçün 1000 lirə dəstək verilməsi, ən aşağı aylıq təqaüdün 1500 lirəyə qaldırılması, minimum əmək haqqına 7 milyardlıq bir dəstəyin edilməsi, sosial vəqflərə ayrılan büdcənin 180 milyon lirəyə qaldırılması, 80 yaşdan yuxarı vətəndaşların periodik olaraq izlənməsi və bayram ödənişlərinin apreldə verilməsi yer alıb.
Səhiyyə işçilərinə yüksək maaş
Səhiyyə paketində göstərilib ki, tibb işçilərinin 3 ay ərzində ödənişləri yuxarı məbləğlərlə ödəniləcək. 32 min yeni səhiyyə işçisi məşğulluq qazanacaq. Dövlət qurumlarının qonaq evləri bütün tibb işçiləri üçün açıq olacaq. 1 milyon diaqnostika dəsti qısa müddət ərzində istifadəyə veriləcək. Səhiyyə işçiləri ictimai nəqliyyat xidmətlərindən pulsuz istifadə edəcəklər.
Texnoparklardan 2 ay kirayə alınmayacaq
R. T. Ərdoğan sənaye paketinə əsasən texnopark müəssisələrindən 2 ay müddətində kirayə haqqı alınmayacağını açıqlayıb. Bundan başqa, dezinfeksiya maddələri, qoruyucu geyim, maska, eynək istelsal edən firmalara 6 milyon lirə dəstək ayrılıb.
Bəzi ləvazimatlar üçün gömrük rüsumu alınmayacaq
Ticarət paketinə əsasən tənəffüs cihazları, tibbi maska, etil spirti idxalında gömrük vergisi sıfırlanıb və ixracatçılara maliyyələşdirmə dəstəyi veriləcəyi qeyd edilib.
Kredit kartlarının ödənişi iyun ayına kimi uzadıldı
Son olaraq bank sektorunda ilk 3 ayı ödənişsiz olmaqla 12 aylıq 25 min lirəlik məhdud biznes kartının verilməsi gözlənilir. Bundan başqa, kredit kartı ödənişləri iyunun sonuna qədər təxirə salınacaq. İşçilərin əmək haqqı xərcləri qədər əlavə kredit limiti veriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)





