Dünya

Böyük Britaniya Aİ ilə sərhədləri bağlamaq niyyətində deyil

12 Mart 2020 20:49
0 Şərh     Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya ABŞ-dan fərqli olaraq Avropa İttifaqı (Aİ) vətəndaşlarının ölkəyə daxil olmasına qadağa qoymaq niyyətində deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Böyük Britaniya baş nazirinin administrasiyasının rəsmi nümayəndəsi brifinq zamanı deyib.

Bundan əvvəl kansler Rişi Sunak Aİ vətəndaşlarının ölkəyə daxil olmasının qadağan edilməsnin heç bir əsası olmadığını demişdi.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın 13-dən başlayaraq Avropa ölkələrinin vətəndaşlarının ABŞ-a gəlməsinin 30 gün müddətinə qadağan olunacağını demişdi.

Onun sözlərinə görə, bu qərar Aİ ölkələrinin koronavirusa qarşı lazımı reaksiya göstərə bilmədiyi üçün qəbul edilib. D.Tranp əlavə edib ki, bu qərar Böyük Britaniyaya şamil edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.