Dünya

"Selfi" çəkmək istədi, canından oldu - FOTO

11 Mart 2020 22:10
0 Şərh     Baxış: 1 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın paytaxtında 14 yaşlı qız yaşayış binasının damından yıxılaraq, faciəvi şəkildə həlak olub.

Milli.Az xəbər verir ki, onun dostları məktəbli qızın selfi çəkmək istəyərkən, bir anda tarazlığını itirərək yerə yıxıldığını bildiriblər.

Yeniyetmə xəstəxanaya çatdırılsa da artıq çox gec olub. O, aldığı bədən xəsarələrindən yerindəcə keçinib.

Verilən məlumata görə, məktəbli qız nənəsi ilə birlikdə həmin binada yaşayırmış. Hadisə zamanı qızın atası evdə olmayıb. (ölkə.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.