İspaniyanın paytaxtında 14 yaşlı qız yaşayış binasının damından yıxılaraq, faciəvi şəkildə həlak olub.
Milli.Az xəbər verir ki, onun dostları məktəbli qızın selfi çəkmək istəyərkən, bir anda tarazlığını itirərək yerə yıxıldığını bildiriblər.
Yeniyetmə xəstəxanaya çatdırılsa da artıq çox gec olub. O, aldığı bədən xəsarələrindən yerindəcə keçinib.
Verilən məlumata görə, məktəbli qız nənəsi ilə birlikdə həmin binada yaşayırmış. Hadisə zamanı qızın atası evdə olmayıb. (ölkə.az)
Milli.Az