Dünya

İranda zəlzələ olub

10 Mart 2020 11:07
0 Şərh     Baxış: 1 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində 4 bal gücündə zəlzələ baş verib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 06:23 dəqiqədə 10 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.