Dünya

Səudiyyə kralı ÜST-ə 10 milyon dollar verəcək

10 Mart 2020 08:48
0 Şərh     Baxış: 1 532
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud koronavirusla mübarizə aparmaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar ayrılması barədə sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin SPA rəsmi informasiya agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ÜST-ə maliyyə yardımımın ayrılması qərarı virusun yayılmasının qarşısının alınması ilə əlaqədar təşkilatın dövlətlərə müraciətindən sonra qəbul edilib. Səudiyyə Ərəbistanı Kralının humanitar məsələlər üzrə müşaviri Abdulla bin Əbdüləziz əl-Rabiyah bildirib ki, Ər-Riyad təhlükəli virusla mübarizədə ÜST və digər beynəlxalq təşkilatlara dəstəyini davam etdirəcək.
Səudiyyə Ərəbistanı artıq Körfəz ölkələri, İtaliya və Cənubi Koreyaya qarşılıqlı səfərləri dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.