Dünya

İtaliyada hərəkət məhdudlaşdırıldı

10 Mart 2020 07:35
0 Şərh     Baxış: 903
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın Baş naziri Cüzeppe Konte ölkə ərazisində karantin tədbirlərinin genişləndirildiyini deyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu da vətəndaşların hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutur.

Baş nazir bildirib: "Ən son məlumatları, yoluxma və ölüm hallarının artmasını nəzərə alaraq, Lombardiya və bəzi digər zonalara şamil olan tədbirləri ölkə daxilində genişləndirmək qərarına gəldik".

C.Konte Hərəkətin yalnız əsaslı səbəblər olduqda mümkün olduğunu qeyd edib. Yeni qaydalar martın 10-dan qüvvəyə minəcək.

Bundan əlavə, Baş nazir aprelin 3-dək ölkədəki bütün təhsil müəssisələrinin bağlanacağını elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.