Dünya

Rusiyanın Mərkəzi Bankı dollar alışını dayandırdı

9 Mart 2020 17:30
0 Şərh     Baxış: 3 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Mərkəzi Bankı büdcə qaydaları mexanizminin işləməsi üçün 30 gün ərzində daxili bazarda xarici valyutanın (ABŞ dolları) alınmasının dayandırılması haqda qərar qəbul edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, MB bu qərarın dünya neft bazarındakı kəskin qiymət azalması fonunda  valyuta bazarında volatilliyin azaldılması istəyi ilə əlaqələndirib.

Bank, həmçinin qeyd edib ki, xarici valyutalarla əməliyyatların bərpa edilməsi haqda qərarın verilib-verilməməsi martın sonunadək maliyyə bazarlarındakı vəziyyətə əsasən müəyyən ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.