Dünya

Maduro: ABŞ Venesuelaya qarşı müharibə planı hazırlayır

7 Mart 2020 08:43
0 Şərh     Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Venesuelaya qarşı müharibə planı hazırlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro Karakasda qubernatorlar və merlərlə görüşdə bildirib.

"Onlar [ABŞ hakimiyyəti] müharibə, terrorizm, Venesuelada sabitliyi pozmaq və zorakılığı çoxaltmaq, silahlı münaqişəni kəskinləşdirmək və ölkəmizə hərbi müdaxiləyə haqq qazandırmaq üçün plan yaratmaq qərarına gəliblər", - dövlət televiziyası ilə yayımlanan çıxışında Nikolas Maduro deyib.

Venesuela prezidenti əlavə edib ki, ABŞ-ın bu məsələdə köməkçisi Braziliya olmalıdır.

"Biz demokratik və humanist dairələrdən, Braziliya xalqından və silahlı qüvvələrindən Jair Bolsonarunun [Braziliya prezidenti] Donald Trampın dəstəyi ilə Venesuelaya qarşı hər hansı bir avantürasını dayandırmalarını xahiş edirik", - deyə Maduro vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.