Dünya

Koronavirus İranda bir sıra fəaliyyətləri dayandırdı

4 Mart 2020 22:25
0 Şərh     Baxış: 1 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda yeni koronavirusun yayılması ilə bir sıra fəaliyyətlər dayandırılıb və ya məhdudlaşdırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, İranın Futbol Liqası üzrə Təşkilatı bütün futbol yarışlarını 21 martadək (İranda 21 martda yeni il başlayır) ləğv edib.

Novruz bayramı günlərində İranın bir sıra vilayətlərində, o cümlədən İsfahan, Rəzəvi Xorasanı, Mazandaran və Farsda turist qəbulu qadağan edilib.

Bununla yanaşı, 7-dən 12 martadək İran banklarında iş saatı azaldılıb və 8:30-dan 12:30-dək təyin olunub.

6 martda İranın bütün vilayət mərkəzlərində cümə namazı ləğv olunub.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 2 522 nəfərin yeni koronavirusa yoluxduğunu, 92 nəfərin dünyasını dəyişdiyini və 552 nəfərin sağaldığını təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.