Dünya

Rusiyada koronaviruslu xəstəni ümumi palataya yerləşdirib susmaq tələb etdilər - FOTO

2 Mart 2020 12:46
10 Şərh     Baxış: 3 680
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı həkimlər pasiyentlərdən koronavirus təsdiq olunmuş xəstə ilə bir palatada yatdıqları barədə susmalarını tələb edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı həmin pasiyentlərdən biri olan Aslan Subhankulova istinadla xəbər yayıb.

Onun sözlərinə görə, İtaliyadan qayıdan David Berov koronavirus şübhəsi ilə onların palatasına yerləşdirilib. Diaqnoz təsdiqlənəndən sonra o, ayrıca şöbəyə köçürülüb.

Subhankulov bildirib ki, həkimlər tibb işçilərinin səhvi barədə məlumat yayılmaması üçün palatada yatanlardan imza tələb ediblər.

"Həkimlər tələb edirlər ki, biz ayrı bokslarda yatdığımızı deyək", - Subhankulov bildirib.

Ümumilikdə palatada yeddi nəfər olub. Berovun palata yoldaşlarından yenidən qan analizləri götürülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.