Dünya

Özbəkistan aviaşirkəti Seula reysləri dayandırır

29 Fevral 2020 13:29
0 Şərh     Baxış: 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci il martın 1-dən başlayaraq "Uzbekistan Airways" aviaşirkəti Cənubi Koreyanın paytaxtı Seula müntəzəm reysləri müvəqqəti olaraq dayandırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qərar koronavirusun Özbəkistanda yayılmasının qarşısının alınması məqsədi ilə verilib.

Qeyd olunub ki, fevralın 29-da Seuldan Daşkəndə gələn reysin sərnişinləri karantin məqsədilə müvəqqəti yerləşdirmə məntəqələrinə göndəriləcək.

Aviaşirkət rəhbərliyi sərnişinlərin yaxınlarına onları hava limanında qarşılamamağı tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.