Dünya

Tanınmış bloqerin ad günündə faciə: 3 ölü, 6 yaralı - VİDEO - FOTO

29 Fevral 2020 10:49
1 Şərh     Baxış: 3 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın tanınmış bloqerinin təşkil etdiyi partidə bədbəxt hadisə baş verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bloqer Yekaterina Didenko ad gününü yaxın dostları ilə birlikdə qeyd etmək istəyib.

2 uşaq anası olan Yekaterina ad günü münasibəti ilə hovuz partisi təşkil edib. Quru buzların hovuza atılması faciə ilə nəticələnib.

Belə ki, tərkibi karbondioksiddən ibarət olan buz hovuzda üzənlərin zəhərlənməsinə səbəb olub. Səbəbkar buxarlı şou hazırlamaq istəyərkən qonaqlar zəhərləniblər.

Nataliya Monakova, Yuri Alferov və Yekaterinanın əri hadisə yerindəcə keçiniblər. Digər 6 nəfərin isə bədənlərində yanıq xəsarətləri əmələ gəlib.

Ad gününü keçirən Yekaterina özü də ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O, bildirib ki, hovuza tökdükləri 25 kiloqramlıq quru buz onların zəhərlənməsinə səbəb olub.

Qeyd edək ki, quru buzlar suya düşən zaman güclü zəhərli buxar yaranır. Buxarlanmanın yarandığı yerlərdə vintilyasiya yaxşı deyilsə bu zəhərlənmə ilə nəticələnir.

Bəxtiyar Umarlı
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.