Dünya

Koronavirus azərbaycanlı milyarderi də "vurdu"

25 Fevral 2020 15:54
0 Şərh     Baxış: 4 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa görə dünyanın ən zəngin insanları 139 milyard dollar itiriblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Blumberq" agentliyi yayıb. Ən zəngin insanların bu qədər vəsaiti 2016-cı ilin oktyabrından bu yana ilk dəfə itirdiyi vurğulanıb.

Fond indeksindəki geriləməyə görə "Amazon" rəhbəri Cef Bezos 4,8 milyard dollar itirib. Eyni miqdar itki ilə Bernar Arno da üzləşib. İtki ilə üzləşənlər arasında "Zara" rəhbəri Amansio Orteqi (4 milyard dollar), Mark Zukerberq (3,48 milyard dollar), Larri Peyc (2,7 milyard dollar) də yer alıb.

Siyahıda Vahid Ələkbərov da var. O, fond indekslərinin düşməsi ucbatından 1,21 milyard dollar itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.