Dünya

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Paşinyanı məhkəməyə verib

24 Fevral 2020 21:12
0 Şərh     Baxış: 1 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. 

Milli.Az APA-ya istinadən bildirir ki, sədr baş nazirdən üzr istəməyi və haqqında səsləndirdiyi böhtan xarakterli fikirlər barədə təkzib verməyi tələb edir.

Qeyd edək ki, Paşinyan Tovmasyanı bir neçə dəfə sərt tənqid edərək, onu əvvəlki rejimin müdafiəçisi adlandırıb.

Fevralın 6-da Ermənistan parlamenti Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin vaxtından əvvəl istefa vermələri tələbi ilə referendum keçirilməsi barədə qərar qəbul edib. Prezident Armen Sarkisyan də Konstitusiya düzəlişləri ilə bağlı referendumun aprelin 5-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb. 

Paşinyan dəfələrlə Tovmasyanın bu vəzifəyə saxta yolla seçildiyini bildirib. Tovmasyan da öz növbəsində siyasi təqibə məruz qaldığını irəli sürüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.