Dünya

Həvəskar astronavt "Ağılsız Mayk"ın ölüm anı kamerlara belə düşdü - ANBAAN VİDEO

24 Fevral 2020 21:56
1 Şərh     Baxış: 1 393
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur həvəskar mühəndis və astronavt, "Ağılsız Mayk" (Mad Mike) ləqəbi ilə tanınan Mayk Hyuz ABŞ-da ölüb.

Milli.Az bildirir ki, "Los Angeles Times" xəbər verir ki, o, Kaliforniya ştatının Barstou şəhərindəki səhralıqda təcrübə uçuşu edərkən raketinin partlaması və paraşütünün sıradan çıxması nəticəsidə yerə çırpılıb və həlak olub.  

Yerin dairəvi müstəvi formasında olduğuna inanan Ağılsız Mayk buna əmin olmaq üçün kosmosa uçmağı hədəfləyirdi. Bunun üçün özünün düzəltdiyi raketlərdən istifadə edən həvəskar mühəndis sonuncu dəfə beş min fut (təxminən iki kilometr - red.) hündürlüyə qalxmağı planlaşdırmışdı. 

2018-ci ildə onun raketi 1.9 min fut (təxminən 0.5 km - red.) hündürlüyə qalxmış və uğurla yerə enmişdi. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.