Dünya

Əfqanıstan Talibana qarşı əməliyyatları dayandırdı

22 Fevral 2020 18:57
0 Şərh     Baxış: 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstan Prezidenti Əşrəf Qəni Talibana qarşı əməliyyatların dayandırılması barədə tapşırıq verib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu qərar ABŞ və Taliban arasında sülh prosesinin dəstəklənməsi məqsədiylə qəbul edilib. Qəni bunun uzun müddətli atəşkəsin saxlanması üçün stimul ola biləcəyini söyləyib.

Talibana qarşı əməliyyatlar bir həftəlik dayandırılıb. Əşrəf Qəni Talibanla bağlı qəbul etdiyi qərarın ölkədə fəaliyyət göstərən digər terror təşkilatlarına aid edilmədiyini bildirib.

Qeyd edək ki, ABŞ-la Taliban terror qruplaşması arasında razılaşma fevralın 29-da imzalanacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.