Dünya

Koronavirus oktyabra kimi yayılacaq - Rusiyanın proqnozu

21 Fevral 2020 22:20
0 Şərh     Baxış: 3 416
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ölkədə koronavirusun ikinci dalğa ilə geniş yayılmasının bu ilin sentyabr-oktyabr ayında baş verəcəyini proqnozlaşdırır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə Seçenov Universitetinin Parazitologiya və transmissiv xəstəliklər üzrə kafedra direktoru məlumat verib.

O qeyd edib ki, yoluxmanın birinci dalğası azalır. Bu mövsüm dəyişikliyi ilə bağlıdır, çünki virus dekabr-aprel aylarında aktiv olur.

Əgər yaxın 2 həftədə Rusiyada infeksiyaya tutulmuş şəxslər aşkarlanmasa rahat nəfəs almaq olar.

Lakin yeni dalğa payızda qayıdacaq və onun necə olacağını indidən demək olmur.

COVİD 2019 virusunun öz-özünə səngiyib itməsi versiyası isə 50% özünü doğrulda bilər.

Panikaya gərək yoxdur, lakin sığortalanmaq üçün çox ciddi tədbirlər görmək lazımdır.

Son məlumata görə, Çin koronavirusundan ölənlərin sayı 2200 nəfəri keçib. 80 min insan xəstələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.