Hadisə

Bakıda gül mağazasına çırpılan avtobusun sürücüsü danışdı - “Maşının beyni qarışıb”

5 Noyabr 2025 09:38
Baxış: 545
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Maşını duracaqda saxladım, ətrafa baxdım. 1,5 dəqiqə vaxtımız vardı. Yenidən maşına oturdum. 11-13 metr məsafədə gördüm ki, sürət artır".

Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, bunu Bakıda qəza törədən avtobusun sürücüsü Habil Nəsirov deyib.

"Camaat dayanmışdı, məcbur qaldım, camaatın üstünə sürməmək üçün obyektin eyvanına sürdüm. 13 metr məsafədə nə qədər özümü itirsəm, o sürəti yığa bilmərəm. Çünki maşının beyni qarışıb", - o qeyd edib.

Avtobusun sürücüsü qəza zamanı nəqliyyat vasitəsində 19 sərnişinin olduğunu, onların xəsarət almadığını bildirib.

O, eyni zamanda, avtobusun başqa maşınlara çırpılmasını avtomobillərin qanunsuz yerlərdə saxlanması ilə əlaqələndirib.

Qeyd edək ki, Bakıda Binəqədi rayonunun Biləcəri qəsəbəsində "Çinar Trans" MMC-yə məxsus "İsuzu Citiport" markalı avtobus 5 avtomobili əzərək, gül mağazasına çırpılıb. Habil Səfərəli oğlu Nəsirovun idarə etdiyi, 77-JD-819 dövlət qeydiyyat nişanlı "İsuzu" markalı sərnişin avtobusu Faiq Hüseynəli oğlu Axundovun idarə etdiyi, 99-AL-242 dövlət qeydiyyat nişanlı, "Hyundai" markalı minik avtomobili ilə toqquşub.

Toqquşmadan sonra yol kənarındakı daha 3 avtomobilə dəyən avtobus gül dükanına çırpılıb. Nəticədə, "Hyundai" markalı minik avtomobilinin sürücüsü Faiq Hüseynəli oğlu Axundov xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.