Ölkə

Metronun iş qrafiki dəyişdirilir - SƏBƏB

5 Noyabr 2025 09:33
Baxış: 808
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bakı Metropoliteni" QSC noyabrın 5-də "Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqası turniri çərçivəsində oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək.

Milli.Az xəbər verir ki, metropoliten "Gənclik" stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça görə gücləndirilmiş qaydada fəaliyyət göstərəcək.

Həmçinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında metropolitenin iş saatı uzadılacaq.

Metropolitenin paytaxtda keçirilən kütləvi tədbirlər planı və qarşılaşmaya sərnişin marağı nəzərə alınaraq noyabrın 5-dən 6-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər girişə açıq olacaq.

Sərnişinlərin təhlükəsiz və rahat daşınması, azarkeşlərin oyun qurtardıqdan sonra mənzil başına rahat çatmaları üçün bir sıra tədbirlər də görüləcək. "Gənclik", "Nərimanov" və "28 May" stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək, əlavə işçi qüvvəsi və növbətçilik cədvəli tətbiq olunacaq. Bu məqsədlə "Gənclik" stansiyasında, həmçinin könüllülər də fəaliyyət göstərəcəklər.

Ehtiyat qatarlar zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.