ABŞ-ın Kentukki ştatında ağır aviasiya qəzası baş verib.
Milli.Az xəbər verir ki, UPS-ə məxsus MD-11 tipli yük təyyarəsi Luisvilldəki Məhəmməd Əli Beynəlxalq Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Hadisə nəticəsində ən azı 7 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
Kentukki qubernatoru Endi Beşir hadisə ilə bağlı açıqlamasında ölənlərin sayının artma ehtimalını istisna etməyib:
"Hazırda yeddi nəfərin öldüyü, 11 nəfərin yaralandığı təsdiqlənib. Təəssüf ki, qurbanların sayının artacağını gözləyirik" .
UPS 2976 reysinin qəzaya uğrama səbəbləri hələlik məlum deyil.
Fidan
Milli.Az





