Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində dördüncü turun son oyunları keçiriləcək.
Milli.Az xəbər verir ki, dördüncü turda son doqquz qarşılaşma baş tutacaq.
Belə ki, "Qarabağ" klubu "Çelsi" ilə, "Pafos" klubu "Vilyarreal"la, "Ayaks" klubu "Qalatasaray"la, "Benfika" klubu "Bayer Leverkuzen"lə, "Brügge" klubu "Barselona" ilə, "İnter" klubu "Kayrat"la, "Mançester Siti" klubu "Borussiya Dortmund"la, "Marsel" klubu "Atalanta" ilə, "Nyukasl Yunayted" isə "Atletik Bilbao" klubu ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
IV tur
5 noyabr
Saat 21:45, "Qarabağ" - "Çelsi";
Saat 21:45, "Pafos" - "Vilyarreal".
6 noyabr
Saat 00:00, "Ayaks" - "Qalatasaray";
Saat 00:00, "Benfika" - "Bayer Leverkuzen";
Saat 00:00, "Brügge" - "Barselona";
Saat 00:00, "İnter" - "Kayrat";
Saat 00:00, "Mançester Siti" - "Borussiya Dortmund";
Saat 00:00, "Marsel"- "Atalanta";
Saat 00:00, "Nyukasl Yunayted" - "Atletik Bilbao".
Qeyd edək ki, oyun bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Milli.Az





