Dünya

Kuba yaya qədər borcunu ödəmək niyyətindədir

15 Fevral 2020 07:15
0 Şərh     Baxış: 1 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kuba hakimiyyəti may ayının sonuna qədər bir neçə ölkəyə olan 30 milyon avrodan çox gecikdirilmiş borclarını ödəməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Baş Nazirinin müavini Rikardo Kabrisas bildirib.

R.Kabrisas deyib: "2019-cu il üçün Avstriya, Belçika, Böyük Britaniya, Yaponiya, Fransa və İspaniya qarşısında olan bütün borclarımızı bu ilin 31 may tarixinə qədər tədricən ödəmək niyyətindəyik."

Xatırladaq ki, Kuba 2019-cu ildə əsasən Avropa ölkələrinə olan 32-33 milyon avro məbləğində borcunu gecikdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.