Dünya

Nazarbayevin nəvəsi Britaniyadan siyasi sığınacaq istəyib

13 Fevral 2020 14:45
0 Şərh     Baxış: 1 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyadan siyasi sığınacaq istəyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün A. Nazarbayev "Facebook"da bildirib.  

A. Nazarbayev ailəsinin ona təzyiq göstərdiyi üçün bu addımı atdığını vurğulayıb.

Onun sözlərinə görə, Rusiya və Qazaxıstan hökumətləri arasında irimiqyaslı korrupsiya barədə məlumata malikdir.

Qeyd edək ki, ötən ilin oktyabrında Londonun Sautvork rayon Kral Məhkəməsi Aysultan Nazarbayevi polisə müqavimət göstərdiyinə və başqasına məxsus mülkə qanunsuz daxil olduğuna görə 18 ay sınaq müddəti olmaqla 1 il şərti azadlıqdan məhrum edib.

Məhkəmənin qərarı ilə 29 yaşlı A. Nazarbayev narkomaniyadan müalicə almalıdır.

Xatırladaq ki, N. Nazarbayevin nəvəsinə qarşı ittiham iyul ayında irəli sürülüb. A. Nazarbayev tez-tez başqasına məxsus mülkə daxil olub, eyni zamanda hadisə yerinə gələn polislərə müqavimət göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.