Londonda yeni koronavirus ilə ilk yoluxma hadisəsi qeydə alınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Sky News" telekanalı bildirib.
Məlumata əsasən, Böyük Britaniya üçün bu doqquzuncu hadisədir.
Bildirilib ki, xəstə Londonun cənubunda yerləşən xəstəxanada COVID19 virusundan müalicə alır:
"Bu, paytaxtda təsdiqlənmiş ilk koronavirus hadisəsidir. Bu, Britaniyada təsdiqlənən doqquzuncu hadisədir".
Milli.Az