Londonda yeni koronavirusla yoluxmanın ilk hadisəsi aşkarlanıb

13 Fevral 2020 07:25

Londonda yeni koronavirus ilə ilk yoluxma hadisəsi qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Sky News" telekanalı bildirib.

Məlumata əsasən, Böyük Britaniya üçün bu doqquzuncu hadisədir.

Bildirilib ki, xəstə Londonun cənubunda yerləşən xəstəxanada COVID19 virusundan müalicə alır:

"Bu, paytaxtda təsdiqlənmiş ilk koronavirus hadisəsidir. Bu, Britaniyada təsdiqlənən doqquzuncu hadisədir".

Milli.Az