Ölkə

İş axtaranlara sevindirici xəbər - 1 milyon manat ayrıldı

5 Noyabr 2025 11:08
Baxış: 604
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması maddəsi üzrə işəgötürənlərlə Məşğulluq Agentliyi arasında bağlanılan müqavilələrin maliyyələşdirilməsi üçün 2026-cı ilin büdcəsində 1,0 milyon manat vəsait nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə xərcləri 8 483 070 000 manat məbləğində təsdiq ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.