Şou-biznes

Türkiyəli müğənni reanimasiyaya yerləşdirildi - FOTO

5 Noyabr 2025 10:58
Baxış: 724
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyəli sənətçi Muazzez Abacının səhhəti pisləşib.

Milli.Az xəbər verir ki, ürək xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilən 77 yaşlı sənətçi vəziyyətinin ağırlaşmasından sonra reanimasiyaya köçürülüb.

Xəbəri sənətçinin meneceri Taner Budak təsdiqləyib. O, sosial mediada açıqlama yayaraq bildirib ki, Abacı ABŞ-da infarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirilib və ona stent qoyulub.

Menecer əlavə edib ki, Muazzez Abacının vəziyyəti həkimlərin ciddi nəzarəti altındadır və müalicə prosesi davam edir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.