Almaniya Xristian Demokratik İttifaqı Partiyasının sədri Anneqret Kramp-Karrenbauer 2021-ci ildə Almaniya parlamentinə keçiriləcək seçkidə kansler vəzifəsinə namizədliyini irəli sürməkdən imtina edib.
Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə qərarını o, partiyasının Rəyasət Heyətinin toplantısında elan edib.
Kramp-Karrenbauer seçkidən sonra partiyanın liderliyindən də gedəcəyini bildirib.
Qeyd edək ki, Kramp-Karrenbauer hazırda Almaniyanın müdafiə naziridir.
Bundan öncə onun Almaniya kansleri Angela Merkelin xələfi olacağı vurğulanmışdı.
Milli.Az