Merkelin varisi kansler olmaqdan imtina etdi

10 Fevral 2020 21:14

Almaniya Xristian Demokratik İttifaqı Partiyasının sədri Anneqret Kramp-Karrenbauer 2021-ci ildə Almaniya parlamentinə keçiriləcək seçkidə kansler vəzifəsinə namizədliyini irəli sürməkdən imtina edib.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə qərarını o, partiyasının Rəyasət Heyətinin toplantısında elan edib.

Kramp-Karrenbauer seçkidən sonra partiyanın liderliyindən də gedəcəyini bildirib.

Qeyd edək ki, Kramp-Karrenbauer hazırda Almaniyanın müdafiə naziridir.

Bundan öncə onun Almaniya kansleri Angela Merkelin xələfi olacağı vurğulanmışdı.

Milli.Az