Dünya

Gürcüstanda qeydə alınan QİÇS xəstələrinin əksəriyyəti 29-39 yaş qrupuna daxil olan şəxslərdir

6 Fevral 2020 02:30
0 Şərh     Baxış: 3 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda QİÇS-ə yoluxanların sayı 2019-cu illə müqayisədə artıb. Hazırda bu ölkədə 8150 nəfər QİÇS xəstəsi qeydiyyatdadır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki İmmunologiya üzrə Elmi-Praktik Mərkəz məlumat yayıb.

Məlumatda deyilir ki, bu ilin yanvarın 31-nə olan məlumata əsasən, Gürcüstanda QİÇS-ə 48 yeni yoluxma halı qeydə alınıb. 2019-cu ilin eyni dövründə bu göstərici 41 fakt olub.

Xəstələrin əksəriyyəti 29-39 yaş qrupuna daxil olan şəxslərdir. QİÇS-ə yoluxanların 165-i dünyasını dəyişib, 4271 xəstədə bu virus inkişaf edib.

Qeyd edək ki, Gürcüstanda QİÇS-ə ilk yoluxma halı ilk dəfə 1989-cu ildə qeydə alınıb.

Məlumat üçün bildirək ki, Gürcüstanda QİÇS-dən test müayinəsi və vətəndaşların müalicəsi dövlət hesabına həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.