Dünya

İranda avtobus aşdı: 3 nəfər ölüb, 21 nəfər yaralanıb

3 Fevral 2020 10:23
0 Şərh     Baxış: 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Zəncan-Qəzvin magistral yolunda bir sərnişin avtobusu aşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Zəncan vilayətinin yol polisi rəisinin əvəzi polkovnik Məhəmməd Əli Əzimi deyib.

M.Əziminin sözlərinə görə, hadisə nəticəsində 3 nəfər həlak olub, 21 nəfər yaralanıb.

Polis rəsmisi əlavə edib ki, Ərdəbildən Tehrana gedən avtobusun 28 sərnişini olub.

Əzimi sürücünün yorğunluğunun hadisəyə səbəb olduğunu deyib. Yaralılardan bəzisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, ötən gecə də Zəncan vilayətinin Əbhər rayonunda mikroavtobusun aşması nəticəsində 14 nəfər yaralanıb.

Əlavə edək ki, İranın Zəncan vilayətində 9 ay (21 mart -21 dekabr) ərzində yol qəzaları nəticəsində 205 nəfər həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.