Ölkə

Azərbaycan və Maldiv arasında viza rejimi ləğv edildi

25 Sentyabr 2025 01:05
Baxış: 156
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Maldiv Adalarının xarici işlər naziri Abdullah Xalillə görüşərək, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə yüksək səviyyəli təmasların, siyasi məsləhətləşmələrin və bir çox sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib.

Nazirlər ötən il ölkələrimiz arasında birbaşa aviareyslərin açılmasının vətəndaşların səyahət imkanlarını xeyli genişləndirdiyini və vətəndaşlar arasında təmaslara töhfə verdiyini vurğulayıblar.

Nazirlər "Azərbaycan Respublikası Hökuməti və Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik olan şəxslərin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"i imzalayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.