Ölkə

AQTA sədri onlara yeni vəzifə verdi

24 Sentyabr 2025 14:57
Baxış: 1 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bir sıra kadr dəyişiklikləri həyata keçirilib.

Milli.Az xəbər verir ki, bununla bağlı AQTA sədri Qoşqar Təhməzli müvafiq əmrlər imzalayıb.

Belə ki, AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bir müddət əvvəl Agentliyin Şərqi Zəngəzur regional bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsinə isə şöbə müdirinin müavini İlkin Kərimov təyinat alıb. Həmin şöbənin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Hüsniyyə Həsənova təyin olunub.

H.Həsənova uzun illər televiziya sahəsində fəaliyyət göstərib. 2021-2025 illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" da baş direktorun katibliyində PR və KSM layihələr icra edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.