Quru sərhədlərin açılmasının vaxtıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 18-də Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib.
Danışıqlarda ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd-buraxılış məntəqələrinin fəaliyyətinin bərpası və iki ölkə arasında nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
"Sərhəd daşımaları və sərhədi keçmək üçün əlverişli şərait hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin açılması və hərəkətin sadələşdirilməsi İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına və daha da möhkəmlənməsinə səbəb olacaq", - deyə Müctəba Dəmirçilu qeyd edib.
Bundan qabaq da Gürcüstan dəmiryolu vasitəsilə qurudan gediş-gəliş üçün müraciət etmişdi.
Azərbaycanda karantin oktyabrın 1-də yekunlaşacaq. Oktyabrın 1-dən sonra qonşu ölkələrin də israrları nəzərə alınaraq, quru sərhədlərin açılması mümkündürmü?
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Modern.az-a bildirib ki, bu bərədə ölkəmizin rəsmi qurumlarının açıqlamaları əsasında proseslərin dəyərləndirilməsi daha doğru olar:
"Səfir Müctəba Dəmirçioğlu iranlı jurnalistlərin Biləsuvar sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə bağlı sualını iki ölkə arasında sərhədyanı ticarətin genişlənməsi, ortaq sənaye şəhərciyinin, azad ticarət zonasının yaradılıması kontekstindən dəyərləndirib. Düşünürəm ki, Müctəba Dəmirçilunun açıqlamasında bu məqamla bağlı yer alan fikirləri daha dəqiq şəkildə təqdim etmək lazımdır. Sitat: "Ümid edirik ki, iki tərəf arasında aparılan məsləhətləşmələr və əldə olunan razılaşmalar əsasında Biləsuvar sərhəd-keçid məntəqəsi tezliklə yenidən açılacaq, sərnişinlər və turistlər üçün quru nəqliyyatı imkanı yaradılacaq".
Düşünürəm ki, Məsud Pezeşkianın ölkəmizə rəsmi və işgüzar səfərləri zamanı iki ölkə arasında əlaqələrin genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi ilə bağlı əldə olunan razılaşmalar reallaşdırılacaq və təbii ki, bu kimi mühüm məsələlərlə bağlı, ölkəmizin rəsmi qurumlarının açıqlamaları əsasında proseslərin dəyərləndirilməsi daha doğru olar".
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, quru sərhədlərin açılması ilə bağlı qonşu ölkələrin müraciətlərinə müsbət reaksiya verəcəyimizə ancaq ümid etmək olar, artıq vaxt yetişib:
"Ancaq ümid edə bilərik ki, buna müsbət reaksiya olacaq. Quru sərhədlərin bağlı olması həm turizmə, həm sərhədyanı ticarətə, həm də insanlararası münasibətlərə, eləcə də sosial-psixoloji problemlərə səbəb olur. Belə vəziyyətin aradan qaldırılmasının vaxtı çoxdan yetişib. Azərbaycanda formal olaraq, karantin rejimi davam etdiyi üçün quru sərhədləri bağlı saxlanılır. Karantin rejiminin özü suallar yaradır. Dünyada karantin bitib, artıq heç bir ölkədə belə bir şey yoxdur. Təhlükəsizliklə bağlı Azərbaycanın haqlı narahatlıqları var. Amma Azərbaycan güclü dövlətdir. Ölkəmizin hüquq-mühafizə orqanları, ordusu, sərhəd qoşunları kifayət qədər güclü imkanlara malikdir. Təhlükəsizliyə qarşı hər hansı təhdid, problem ehtimalı yaranarsa, hüquq-mühafizə və təhlükəsizlik orqanları asanlıqla və peşəkarcasına bunun öhdəsindən gələ bilərlər".
Partiya sədri vurğulayıb ki, quru sərhədlərin açılmasının iqtisadiyyata çox müsbət təsirləri ola bilər:
"Həm də bu, sərhədyanı ticarətin, turizmin artmasına gətirib çıxarar. Rəqəmlər də bunu sübut edir. 2019-cu illə müqayisədə ötən il gələn turistlərin sayı 2 dəfə aşağı olub. Bu onu göstərir ki, quru sərhədlərin bağlı qalması turizmə çox mənfi təsir göstərir. Azərbaycanın turizmi prioritet sahə elan etdiyini də nəzərə alsaq, quru sərhədlərin açılması bu sahədə gəlirlərin artmasına, yeni iş yerlərinin yaradılmasına, həm də iqtisadi canlanmaya ciddi təkan verə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı məşhurların makiyajsız görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Gökhan Özen ikinci dəfə evləndi - (Foto)
-
İsmayıllıda maşınlar suyun altında qaldı (Video)
-
Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı
-
Bakı sakini tikinti şirkəti tərəfindən evinə ziyan vurulduğunu iddia edir (Video)
-
Nardaranda su nasosunda sıxılı qalan 4 yaşlı uşaq ölüb - Yenilənib
XƏBƏR LENTİ
-
Azərbaycanlı məşhurların makiyajsız görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Pəncərə kənarına yalnız bir səbət qoymaq bəs edir: Milçəklər evə girmədən qaçır
-
Lukaşenko onları “axmaq” adlandırdı - (Video)
-
Gökhan Özen ikinci dəfə evləndi - (Foto)
-
İsmayıllıda maşınlar suyun altında qaldı (Video)
-
Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı
-
Bakı sakini tikinti şirkəti tərəfindən evinə ziyan vurulduğunu iddia edir (Video)
-
Günün qoroskopu: Günün əsl ulduzu siz olacaqsınız
-
Nardaranda su nasosunda sıxılı qalan 4 yaşlı uşaq ölüb - Yenilənib
-
Alla Puqaçova bir çıxışı üçün 200 min manat tələb edir
-
Bakıda məktəb binasının icarə haqqı niyə ödənilmir? - Mülk sahibi ilə Təhsil İdarəsi arasında -mübahisə (Video)
-
İranda canlı yayımda mesaj oxuyan molla biabır oldu - (Video)
-
Kondisioneriniz işləyib soyutmursa, səbəb bu ola bilər: Mütəxəssislər xəbərdarlıq etdi
-
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” (Foto)
-
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
-
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı açıqlama
-
Ermənistan Prezident Administrasiyasına yeni rəhbər təyin olundu
-
Böyükşor gölü yaşıl rəngdə - Analiz aparılır - (Foto)
-
Qubada 4,9 ballıq zəlzələ oldu - FHN-dən açıqlama - Yenilənib
-
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
-
Süni intellekt gələcəyin peşələrini açıqladı: Bir çoxu hələ mövcud deyil
-
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
-
"Qarabağ"ın qapıçısı Koxalski ilə azyaşlı azarkeşlər arasında söz davası - (Video)
-
Trampla Maskı barışdıran səbəb açıqlandı





