BMT-nin 80-ci Baş Assambleyasında iştirak etmək üçün ABŞ-də olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Nyu-Yorkda Suriya Prezidenti Əhməd Şara ilə görüş keçirib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Suriya xarici işlər naziri Əsəd Şeybani və MİT rəhbəri İbrahim Kalın da iştirak edib. Tərəflər Türkiyə-Suriya münasibətlərini və regional məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan görüşdə Suriya ilə bağlı bütün sanksiyaların ən qısa zamanda aradan qaldırılmasını gözlədiklərini bildirib. O, həmçinin Türkiyənin Suriya ərazi bütövlüyü və suverenliyini əsas götürən bütün təşəbbüslərə müsbət yanaşdığını vurğulayıb.
Lalə Qüdrətova
Milli.Az