Dünya

Məşhur çinlinin olduğu təyyarə qəzaya uğradı - sağ qalan yoxdur

25 Sentyabr 2025 01:24
Baxış: 156
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünyaşöhrətli çinli memar Kongjian Yu və rejissorlar Luis Ferras və Rubens Crispim Jr-ın olduğu təyyarə Braziliyanın Aqidauana şəhəri yaxınlığında qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, təyyarə zərbə zamanı partlayıb. Qəza ucqar ərazidə baş verib, bu da təcili yardım xidmətlərinin işini çətinləşdirib.

Təyyarədə olan hər kəsin öldüyü bildirilir.

Qeyd edildiyi kimi, 62 yaşlı memar Kongjian braziliyalı rejissor Ferrasla birlikdə "Süngər şəhərlər" haqqında film üzərində işləyib. Crispim Jr həmkarı kimi, sənədli filmlərin çəkilişi ilə məşğul idi. (qafqazinfo)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.