Sağlamlıq

Qan şəkərinin stabil saxlanmasında hansı tərəvəzlər rol oynayır?

25 Sentyabr 2025 02:02
Baxış: 250
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avstraliyanın Kouen Universitetinin alimləri brokoli, kələm və gül kələmi kimi xaççiçəklilər fəsiləsinə aid tərəvəzlərin qan şəkərinin idarəsində kökümeyvəli tərəvəzlər və balqabaqkimilərdən daha təsirli olduğunu müəyyən ediblər.

Milli.Az xəbər verir ki, tədqiqatda yüksək təzyiqi olan, lakin diabet diaqnozu qoyulmamış yetkinlər iştirak edib. Onlar 14 gün ərzində iki mərhələdə fərqli tərəvəz qrupları yeyiblər: əvvəlcə xaççiçəklilər, sonra isə kök və balqabaq növləri.

Qlükometrlərin köməyi ilə real vaxtda qan şəkərinin səviyyəsi izlənilib və nəticələr göstərib ki, xaççiçəklilər qan şəkərinin dalğalanmasını daha yaxşı nəzarətdə saxlayır. Tədqiqatçılar bildirirlər ki, bu tərəvəzlər yemək sonrası və gün ərzində şəkər səviyyəsinin sürətli artımlarını azaldır.

Qan şəkərinin qeyri-sabitliyi dünya üzrə 541 milyon insanda müşahidə olunur və stabillik sağlamlığın qorunması və xroniki xəstəliklərin riskinin azaldılması üçün vacibdir. 

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.