Hadisə

Bakıda gecəyarısı məşhur şirkətdən qalmaqallı addım - VİDEO

25 Sentyabr 2025 00:45
Baxış: 294
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gecə saatları olmasına baxmayaraq "Avant Group" MTK Bakıda qazıntı işləri aparaq sakinlərin rahatlığını pozur.

Milli.Az xəbər verir ki, bununla bağlı görüntüləri teleaparıcı Nigar Sabirqızı feysbuk hesabında paylaşıb.

O, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edib.

Qeyd edək ki, "Avant Group" bir müddət əvvəl Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacları kəsməsi ilə gündəmə gəlmişdi. Araşdırma nəticəsində şirkətin təbiətə 117060 manat məbləğində ziyan vurduğu müəyyən edilmişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma nəticəsində fakt təsdiqini tapmışdı.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.