Zəlzələ mütəxəssisi Prof. Dr. Ahmet Ərcan, Balıkəsirin Sındırqı bölgəsində baş verən ardıcıl təkanlardan sonra bölgədə böyük zəlzələ təhlükəsi barədə xəbərdarlıq edib.
Ərcan bildirib ki, son üç gündə 4,6 - 4,2 və 4,7 maqnitudalı zəlzələlərin baş verməsi, bölgədə gərginliyin hələ də yüksək olduğunu göstərir:
Onun sözlərinə görə, sarsıntılar uzun müddət davam edə bilər və bu da gərginliyi artıraraq daha böyük zəlzələyə səbəb ola bilər. Ərcan bu vəziyyəti əvvəllər eyni qırıq üzərində baş verən Simav zəlzələsi ilə müqayisə edib.
Mütəxəssis vətəndaşlara xəbərdarlıq edərək, möhkəm torpaq üzərində inşa olunmuş evlərə köçməyin vacibliyini vurğulayıb.
Xüsusilə Sındırqıda tikilən TOKİ mənzillərinin möhkəm və təhlükəsiz olduğunu qeyd edən Ərcan belə deyib: "Sındırqıda inşa edilən TOKİ evləri güclü zəmin üzərində möhkəm binalardır. İnsanların tez bir zamanda bu evlərə köçməsi tövsiyə olunur."
Lalə Qüdrətova
Milli.Az