Dünya

Türkiyə daha bir güclü zəlzələ ilə sarsıldı

25 Yanvar 2020 11:28
5 Şərh     Baxış: 3 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə zəlzələ xəbərləri gəlməkdə davam edir. Belə ki, yerli vaxtla saat 09:00 radələrində daha bir zəlzələ qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kandili Rəsədxanası yeraltı təkanların 4,2 bal gücündə olduğu bəyan edilib.

Xatırladaq ki, dünən Türkiyənin Malatya və Elazığ vilayətlərində güclü zəlzələ baş verib. 6,8 bal gücündə olan təkanlara görə Adana, Diyarbakır, Qaziantep şəhərlərində insanlar gecəni küçələrdə keçiriblər. Təbii fəlakət nəticəsində bir sıra yaşayış binası uçub. Dağıntılar altından hələ də insanlar çıxarılmağa davam edilir.

Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 20 nəfər həlak olub, yaralıların sayı isə 1015-ə yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.