Dünya

Ermənistanda hərbi hərəkətlənmə - 100-ə yaxın vertolyot havada...

23 Yanvar 2020 20:58
1 Şərh     Baxış: 2 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ermənistandakı aviasiya bazasının hərbi vertolyotlarının gənc pilotları çətin meteoroloji şəraitdə sadə və mürəkkəb aerobatik hərəkətlərin məşqlərinə başlayıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirir ki, vertolyot ekipajları gündüz, zəif görünmə və duman şəraitində, uçuş, hədəfə və yerə yaxınlaşma, şaquli enmə və sair kimi sadə sınaq elementlərini həyata keçirir.

Həmçinin vertolyot ekipajları kəşfiyyat, yerüstü və hava hədəflərinin aşkarlanması və tanınması tapşırıqlarını yerinə yetirəcək, raketlərin və hava bombalarının seçilməsi, uçuşlar zamanı şərti düşmənin birbaşa vurulması məşqlərini icra edəcək.

Praktik məşğələlərə 100-ə yaxın hərbi pilot və uçuş texnikası, 30-a yaxın yerüstü və aviasiya hərbi texnikası cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.