Dünya

Koronavirusla bağlı Serbiya hökuməti aeroportda xüsusi yoxlama tətbiq edib

24 Yanvar 2020 08:33
0 Şərh     Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbiya hökuməti Belqraddakı Nikola Tesla Beynəlxalq Hava Limanında dünyada təhlükə yaradan koronavirusa qarşı xüsusi yoxlama tətbiq edib. Bu barədə ölkənin Səhiyyə naziri Zlatibor Lonçar məlumat verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Serbiyada bu vaxtacan sözügedən virusun daşıyıcısına rast gəlinməyib. Ağır respirator xəstəlik yaradan koronavirusun ilk əlamətləri Çində aşkarlandığı üçün bu ölkədən gələn və ya bu ölkədə son zamanlarda olmuş bütün turistlər virusa qarşı xüsusi yoxlamaya məruz qalacaq.

Yoxlama zamanı temperaturu yüksək olan və ya özünü pis hiss edən hər kəs xüsusi karantin otağına göndərilərək ciddi infeksion analizlər alınır.

Serbiyada Çindən olan minlərlə miqrant yaşayır və işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.