Dünya

Koronavirusa yoluxan şəxsi xüsusi xərəklə daşıdılar - Xəstəlik sürətlə yayılır - VİDEO - FOTO

23 Yanvar 2020 12:05
3 Şərh     Baxış: 3 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölümcül xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə Çində bir sıra tədbirlər görülür.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan videodan da göründüyü kimi koronavirusa yoluxan şəxs təcili tibbi yardımdan xüsusi xərəklə çıxarılır. Xərəyin ətrafı plastiklə möhürlənib. Həmin xəstələrin müalicəsi üçün xüsusi palatalar qurulub.

"Chinese Science Bulletin"də nəşr olunan yazıya görə koronovirusun mənbəyi Çinin məşhur yeməklərindən biri sayılan yarasa supudur. Belə ki, xəstəlik insana supun içinə qoyulan yarasa vasitəsi ilə keçir.

Qeyd edək ki, 576 nəfər bu virusa yoluxub. Onlardan 20-si tibb işçiləridir. Bu günə qədər xəstəlikdən 17 nəfər ölüb.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.