Dünya

Yunanlar ölkələrinin miqrant axınına tab gətirə bilməyəcəklərindən qorxurlar

24 Yanvar 2020 00:45
0 Şərh     Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"DiaNeoSis" təşkilatının apardığı sorğuya əsasən, yunanlar miqrant axınına qarşı ölkələrinin tab gətirməyəcəklərindən narahatdırlar. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sorğuda iştirak edənlərin 72 faizi hökumətin miqrant axınına qarşı daha sərt olmasını arzulayırlar. 85 faiz miqrantların həddən çox olmasından gileylənir. 88 faiz hökumətin Avropa İttifaqından tezliklə yardım alınmasına ehtiyac olduğunu bildirib. Yalnız 5 faiz sorğu iştirakçıları hökumətin bu istiqamətdə apardığı fəaliyyətdən razı olduğunu deyib.

Qeyd edək ki, Yunanıstan artıq bir neçə ildir ki, miqrant axını ilə üzləşib. Qaçqınların gəlişi bir müddət azalsa da, son zamanlar onların sayı yenidən çoxlamağa başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.