Dünya

Kişi əməliyyatxanaya girib, arvadının doğum həkimini döydü - Həkim əməliyyata davam etdi

22 Yanvar 2020 21:59
5 Şərh     Baxış: 3 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kişi əməliyyatxanaya girib, arvadının doğum həkimini döydü -  Həkim əməliyyata davam etdi.

Belə ki, xəstəxanaya hamiləlik və qanaxma ilə daxil olan qadın dərhal qeysəriyyə əməliyyatına alınıb. Tibb bacıları qadını əməliyyata hazırlayıblar. Lakin xəstənin həyat yoldaşı bu zaman əməliyyat otağına girmək istəyib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, əməliyyat otağında başqa doğuş əməliyyatları da olduğu üçün həkim ona içəri keçməyə icazə verməyib.

Bunu eşidən kişi əsəbləşərək həkimi vuraraq, burnunu qırıb. Hadisə Türkiyənin Osmaniye Dövlət Xəstəxanasında baş verib.

Həkimin burnu qan içində olsa da, əməliyyata girib və doğuşu həyata keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.